İşdə hazırda dünya ölkələrinin xarici borxları artmaqda davam edir. Bu maliyə köpüyünün yaranmasına gətirib çıxarır ki, nəticə etibarı ilə maliyyə böhranının baş verməsini qaçılmaz edir. Bir sıra ölkələr vardır ki, onların ümumi xarici borcu ÜDM həcmindən çoxdur. 2023-cü ildə dünya üzrə borcun ÜDM-ə nisbəti 237.2% olmuşdursa bu rəqəm 2000-ci ildə 197.1% olmuşdur. Ən yüksək rəqəm 2020-ci ildə 257.5% olmuşdur. Bu əsasən pandemiya dövrünə təsadüf edir. Bu heç də borcların həcminin artması ilə seyil, Dünya ÜDM həcminin 2019-cu ildə 85 trilyon dollardan 2020-ci ildə 82 trilyon dollara enməsi ilə əlaqədar olmuşdur.
Təbii sərvətlərin istismarı, o cümlədən neft ölkələrində neftdən alınan gəlirlərin artması dünya üzrə qlobal borc səviyyəsinin artmasına gətirib çıxaran əsas amillərdəndir. Təbii ehtiyatlar üzrə əlavə dəyər normasının olduqca yüksək olması artıq pulun yaranmasına səbəb olur. Bu artıq pullar nəticə etibarı ilə kreditlərin verilməsi, qiymətli kağızların alınması və s. digər borc öhdəliklərinin artmasına gətirib çıxarır.
Qlabal iqtisadi proses tatazlığa can atan prosesdir. 2008-ci ilin qlabal maliyyə böhranı göstərmişdir ki, müasir dövrün qlabal böhranları real sektordan deyil, maliyyə sektorundan qaynaqlanır. Dünya ölkələrinin xarici borcları qlabal maliyyə böhranlarının yaranmasında mühüm rola malik olur. Bu baxımdan Ölkələrin qarşılıqlı borclarının təhlili və tarazlı səviyyələrinin öyrənilməsi aktual bir problemdir.
Tədqiqatda dünya ölkələrinin qarşılıqlı borcları matris oyuna gətirilərək qlabal maliyə bazarlarında borcların real tarazlı səviyyələri müəyyənləşdirilmişdir.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.