01.07.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi. Seminarda prof.Sadıqov Misrəddin "n-qababar funksiyanin xarakteristikasi" mövzusunda məruzə etdi.
İşdə n-qabarıq funksiya tədqiq olunur. İşdə n-qabarıq funksiyaların dörd növü: aşağıdan yarımkəsilməz n-qabarıq funksiya, sadə n-qabarıq, n(A)-subxətti və n-subxətti funksiyalar öyrənilir. İşdə həmçinin n-affin, n(A)-affin, n-xətti və n(A)-xətti funksiyaların boş olmayan ailəsinin nöqtəvi yuxarı sərhəddi olan n-qabarıq funksiyalar da nəzərdən keçirilir. Göstərilir ki, n-qabarıq funksiyalar, fəzaların tenzor hasilində təyin olunan qabarıq funksiyalarla sıx bağlıdır. İşdə n-qabarıq funksiyaların n-subdiferensiallanması, sadə n-qabarıq, n-subxətti funksiyaların bir sıra xassələri öyrənilir. İşdə həmçinin n-qoşma funksiyaların xassələri öyrənilir. İşdə maksimum funksiyasının n-subdiferensialı öyrənilir. Fəzaların tenzor hasilində n-qabarıq funksiyanın qabarıq örtüyündən istifadə etməklə, n-qabarıq funksiyaların n-subdiferensial-lanması üçün zəruri və kafi şərt alınır. n-qabarıq funksiyaların və n-qabarıq çoxluqların xarakteristikası nəzərdən keçirilir.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.