SOSİAL HƏYAT

Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun hazırladığı PUA ADEX-26 sərgisində nümayiş etdirilib

30 sentyabr–2 oktyabr tarixlərində Bakıda keçirilən ADEX sərgisində Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış pilotsuz uçuş aparatının (PUA) hərəkətinin idarəolunması alqoritmləri nümayiş etdirilib.

Sərgidə institutun elmi-tədqiqat fəaliyyətinin bir hissəsinin nəticəsi olaraq PUA-nın texniki imkanları, riyazi modelləşdirilməsi və simulyasiya nəticələri təqdimat materialları vasitəsilə nümayiş etdirilib. Burada PUA-nın simulyasiyasından praktiki realizasiyasınadək keçdiyi bütün mərhələlər prezentasiyalarda öz əksini tapıb.

Layihənin yerinə yetirilməsində Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevin, t.e.d. Mütəllim Mütəllimovun, r.e.d. Nailə Vəliyevanın və r.ü.f.d. Nazilə Hacıyevanın həmçinin Zireh MMC-nin proqramçı-məsləhətçisi Kamal Hüseynlinin mühüm rolu olub

PUA layihəsi tətbiqi riyaziyyat, riyazi modelləşdirmə, idarəetmə və müasir texnologiyaların vəhdətinin praktiki nümunəsi kimi diqqət çəkir. Layihədə elmi yanaşmaların real texniki sistemin yaradılmasına və onun idarə olunmasına tətbiqi istiqamətində aparılan işlərin nəticələri öz əksini tapıb.

İnstitut tərəfindən həyata keçirilən bu kimi layihələr riyazi modelləşdirmə və idarəetmə sahəsində əldə olunan elmi nəticələrin müasir texnologiyaların hazırlanmasında tətbiq imkanlarını nümayiş etdirir.

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət