02.06.2026-cı il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda professor Əbdülağa Qurbanov "Təbii qazların nəqlində boru kəmərinin daxilində yaranan hidrat və onun çökməsinin modelləşdirilməsi" mövzusunda məruzə etdi. 

Məruzədə qazın qurudulması məqsədilə inhibitorların daxil edilməsi zamanı hidratəmələgəlmə prosesinin riyazi modelləşdirilməsi sistemin termodinamik vəziyyətinin və onun temperatur parametrlərinin kompleks təhlilini tələb edir. Bu işdə təklif olunan yanaşmanın riyazi təsviri təqdim olunur. Metodun əsas xüsusiyyəti kompressor stansiyasının çıxışında (və ya boru kəmərinə girişdə) axının parametrlərinə nəzarət etməyə imkan verməsidir ki, bu da bütün sistem üzrə hidratların əmələgəlmə və yığılma intensivliyinin minimuma endirilməsini təmin edir.

Riyazi asılılıqlar təbii qazın və su buxarının təzyiq və temperaturundan asılı olaraq hidratəmələgəlmə məhsullarının balansının dəyişməsini, həmçinin inhibitorun kütləvi-istilik keçidi prosesinin əlavə asılılığını təsvir edir. Təbii qazların boru kəmərləri ilə sabit və etibarlı nəqli zamanı baş verən dəyişiklikləri mövcud tədqiqatlarda kifayət qədər ətraflı şəkildə araşdırılmışdır.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət