Seminarda İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev "Total Morri fəzalarında Hardi-Littlvood-Sobolev bərabərsizliyi" mövzusunda məruzə etdi.
Lebeq fəzalarında Ris potensial operatorunun məhdudlluğu olan Hardi-Littlvud-Sobolev (HLS) bərabərsizliyi total Morrey fəzalarına da şamil edilmişdir.
Məruzədə Riss potensial operatorlu və onun kommutatorunun total Morri fəzalarında məhdudluğu üçün zəruri və kafi şərt araşdırılmışdır.
Alınan nəticələrin tətbiqi olaraq total Morrey fəzalarında Marsinkeviç operatoru və bəzi analitik yarımqrupların kəsr quvvətlərinin qiymətləndirilməsi üçün istifadə edilmişdir.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.