03.06.2025-ci il tarixində İnstitutun növbəti seminarı keçirildi

03.06.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi. Seminarda AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev "VMO əmsallı eliiptik, parabolik və hipoelliptik tənliklərin həllərinin Morri tipli fəzalarda qlobal requlyarlığı" mövzusunda məruzə etdi. 

Məruzədə bəzi karmonik analizin elliptik, parabolik və hipoelliptik inteqral operatorları və   onların kommutatorlarının Morri tipli fəzalarda kəsilməzliyi araşdırılmışdır.
Alınan qiymətləndirmələrdən kəsilən əmsallı xətti müntəzəm elleptik, parabolik və hipoelliptik operatorlar üçün Dirixle məsələsinin həllinin qlobal requlyarlığını öyrənmək üçün istifadə edilmişdir.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı.

Seminar diskussiya formasında davam etdi. 

 

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət