03.11.2026-cı il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda professor Fəda Rəhimov “Bir sinif Markov təsadüfi dolaşmalarının sərhəd funksionalları üçün limit teoremləri və onların tətbiqləri” mövzusunda məruzə etdi. 

Məruzədə bir-tərtibli sabit əmsallı aktoreqressiv proseslərin cəmi ilə təsvir olunan Markov təsadüfi dolaşmaları üçün xətti sərhəd funksionalları üçün limit teoremləri isbat edilir və onların qeyri-xətti bərpa nəzəriyyəsinə mümkün tətbiqləri öyrənilir.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət