Seminarda dos.Rafael Həmidovun “Qərar qəbuletmənin bəzi yeni məsələləri və onların həlli yolları” mövzusunda məruzəsinin davamı keçirildi.
İşdə qərar qəbuletmənin yeni və böyük ölçülü məsələlərinin həllinə baxılır. Onların malik olduqları xassələrə əsaslanaraq ölçü ilə bağlı qarşıya çıxan problemlərin həlli zamanı aradan qaldırılmasının yolları göstərilir. Bu məqsədlə, xüsusi həll sixemləri işlənib hazırlanmışdır. Onların tətbiq sahələri göstərilmişdir. Ədədi misallar üzərində həll sxemlərinin effektivliyi nümayiş etdirilmişdir.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.