05.05.2026-cı il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda Sarvan Hüseynov "Oblastın bir hissəsində cırlaşan Makenhaupt çəkili elliptik tənliyin məxsusi funksiyalarının modulunun müntəzəm qiymətləndirilməsi" mövzusunda məruzə etdi.

Məruzədə oblastın bir hissəsində müntəzəm cırlaşan divergent elliptik tənliyi üçün Dirixle məsələsinə baxılır. 

Fərz olunur ki, çəki funksiyaları Makenhaupt şərtini ödəyir. Lakin ümumi halda Makenhaupt şərtini ödəmir. Qoylmuş Dirixle məsələsinin  müəyyən normallıq şərti daxilində məxsusi funksiyalarının modulunun maksimumu qiymətləndirilir.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.

 

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət