07.10.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

07.10.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi. Seminarda r.ü.f.d. Nazilə Hacıyeva "XMaye dempferlı rəqsı sıstemlərdə optımal proqram trayektorıya və ıdarəedıcının tapılması üçün koşı məsələsının həllı alqorıtmı" mövzusunda məruzə etdi. 

İşdə sabit əmsallı xətti kəsr tərtib diferensial tənliklər sistemi üçün xətti kvadratik optimal idarəetmə məsələsi nəzərdən keçirilir. Əvvəlcə verilmiş tənliklər sistemi normal sistemə gətirilir, belə ki, başlanğıc şərtdə vektorun yalnız iki elementinin qiymətləri məlumdur. Daha sonra optimal proqram trayektoriya və idarəedicinin təyini üçün kvadrat funksional daxil edilir. Daha sonra genişlənmiş funksional qurularaq, onun üzərində sərhəd şərtli Eyler-Laqranj tənliklər sisteminin alınması üçün bəzi çevirmələr edilir (hissə-hissə inteqrallama, Riman-Liuvil mənada kəsr tərtib törəmənin tərifi, sol və sağ düzbucaqlılar üsulu) və bu genişlənmiş funksionalın birinci variasiyası yazılır. Sonra Eyler-Laqranj tənliklər sisteminin ümumi həlli Mittaq-Lefler sırası şəklində verilir. Biz ümumi hal üçün onun fundamental həllini qururuq. Bu həldən istifadə edərək, başlanğıc şərtdən və Laqranj vuruqlarından ibarət sərhəd şərtlərindən istifadə edərək, xətti cəbri tənliklər sistemi qurulur. Bu xətti cəbri tənliklər sistemindən alınan başlanğıc şərtlərə (hansı ki, başlanğıc şərtdə vektorun bütün elementlərinin qiymətləri artıq məlumdur) nəzərən Eyler-Laqranj tənliklər sistemi həll edilərək, optimal proqram trayektoriya və idarəedici tapılır. Sonda hesablamaq alqoritmi daxil edilir. Alınmış nəticələr misal üzərində illüstrasiya edilir və qrafiklər daxil edilir.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi. 

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət