08.07.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi. Seminarda İlqar Cabbarovun 1205.01-Riyazi məntiq və ədədlər nəzəriyyəsiixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Çoxqat triqonometrik inteqralların tədqiqi" mövzusunda doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirildi.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. Məruzəcinin məruzəsindən sonra rəyçilər f.r.e.d. Həmdulla Aslanov, f.r.e.d., professor Sədi Bayramov, f.r.e.d., professor Misrəddin Sadıqov öz müsbət rəylərini təqdim etdilər.
Sonra İnstitutun əməkdaşları və qonaqlar çıxış edərək disertasiya işinin aktuallağını vurğulayıb öz müsbət münasibətlərini bildirdilər.
Çıxışlardan sonra elmi şuranın üzvləri səs vermə yolu ilə disertasiya işinin növbəti mərhələyə buraxılmasına qərar verildi.