09.06.2026-cı il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda Vüsalə Zeynallı "Südturşusu bakteriyaları ştammlarının inkişafına geomaqnit qasırğalarının təsirinin riyazi modelləşdirilməsi" mövzusunda məruzə etdi.

Tədqiqat obyekti kimi spontan turşsüd məhsullarından ayrılmış altı südturşusu bakteriya ştamı – Streptococcus sp. BDU-MƏ-1, BDU-MƏ-2.1, BDU-MƏ-2.2, BDU-MƏ-2.3, BDU-AĞ-2.1 və  Lactobacillus sp. BDU-AĞ-2.2 istifadə olunmuşdur.  Eksperiment yol ilə  alınmış nəticələr göstərir ki, geomaqnit qasırğa bütün canlılara təsir etdiyi kimi südturşusu bakteriya ştamlarının da inkişaf intensivliyinə müəyyən dərəcədə təsir göstərə bilir.  Müşahidələr göstərmişdir ki, koloniyaların və hüceyrələrin ilkin ölçüləri daha kiçik olduqda geomaqnit qasırğanın təsiri daha aydın nəzərə çarpır. Ölçülər artdıqca isə bu təsirin, xüsusilə koloniya və hüceyrə ölçülərindəki dəyişikliklərin müşahidəsi zəifləyir.  Bəzi ştamların koloniyalarında və hüceyrə ölçüsündə kiçilmə baş verir.  Bəzi ştamda isə nəzərə çarpan dəyişiklik müşahidə olunmur. Bu da onunla bağlıdırki, metobolik proseslər ləngiyir. Riyazi model əsasında aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, geomaqnit aktivliyin artması süd turşusu bakteriya ştamlarının koloniya diametri və hüceyrə ölçüsünün eksponensial azalma qanununa uyğun dəyişməsi ilə xarakterizə olunur.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.

 

 

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət