Seminarda i.ü.f.d.Sabir Həmidov "Diskret optimal dinamika modellərində bir optimal idarəetmə məsələri" mövzusunda məruzə etdi.
Məruzədə Neyman tipli diskret iqtisadi dinamika modelinə baxılır. Maksimum prinsipinin köməyi ilə optimal idarənin strukturu qurulur. Magistral haqqında teorem isbat olunur.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.