10.06.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi. Seminarda Məhəmməd Camalbəyov “Diskret-imitasiya modelləşdirmə konsepsiyası” və onun ştanglı nasos–quyu–lay sisteminin kompüter cimulyasiyasına tətbiqi” mövzusunda məruzə etdi.
Məruzədə Diskret-imitasiya konsepsiyasına əsaslanan dinamik modelləşdirmə üçün yeni bir yanaşma işlənib hazırlanmışdır. Bu konsepsiyanın əsasları, o cümlədən anlayışları və prinsipləri izah edilir. Təqdim olunan konsepsiya, ştanlı nasosla istismar olunan neft yatağının “nasos–quyu–lay” sistemi daxilində kompleks modelləşdirilməsinə tətbiq edilmişdir. Yeni konsepsiyanın prinsipləri əsasında hazırlanmış “nasos–quyu–lay” sisteminin diskret-imitasiya modeli baxılan mürəkkəb dinamik systemin xüsusiyyətlərini nəzərə almağa imkan verir. Bu model konkret quyuda istismar prosesinin öyrənilməsi üçün tətbiq olunmuşdur.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.