12.05.2026-cı il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda Nazilə Hacıyevanın Maye dempferli rəqsi sistemlərdə xətti kvadratik optimal idarəetmə məsələsi” mövzusunda riyaziyyat elmləri doktoru üzrə dissertasiya işinin müzakirəsi keçirildi. 

İşdə sabit əmsallı kəsr-tərtib diferensial tənliklər sistemi üçün xətti kvadratik optimal idarəetmə məsələsi nəzərdən keçirilir. Əvvəlcə verilmiş tənliklər sistemi normal sistemə gətirilir, belə ki, başlanğıc şərtdə vektorun yalnız iki elementinin qiymətləri məlumdur. Daha sonra optimal proqram trayektoriya və idarəedicinin təyini üçün kvadratik funksional daxil edilir, genişlənmiş funksional qurularaq, onun üzərində sərhəd şərtli kəsr-tərtib Eyler-Laqranj tənliklər sisteminin alınması üçün bəzi çevirmələr edilir. Sonra kəsr-tərtib Eyler-Laqranj tənliklər sisteminin ümumi həlli Mittaq-Lefler sırası şəklində verilir. Biz ümumi hal üçün onun fundamental həllini qururuq. Bu həldən, başlanğıc şərtdən və Laqranj vuruqlarından ibarət sərhəd şərtlərindən istifadə edərək, xətti cəbri tənliklər sistemi qurulur.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda disertant ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.

 

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət