13.01.2026-cı il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda f.r.e.d. Natiq Atakişiyev "Nyuton əsaslı 5D diskret Furye çevrilməsinin özvektorları haqqında" mövzusunda çıxış etdi. 

Məruzədə 5D diskret hissəcik sayı operatoru N5=AT5A5-in özvektorlarının λ_n və f_n hesablanması üçün sadə analitik yanaşma hazırlanmışdır. Bu yanaşma, bir-birinə bağlı A_5 və A_5^T operatorlarının diskret güzgü operatoruna nisbətən simmetriya xüsusiyyətlərindən istifadə edir. Hazırlanmış metod təkcə diskret Furye çevrilməsi haqqında anlayışımızı dərinləşdirməklə yanaşı, həm də spektral analiz üçün yeni ədədi metodların inkişafı üçün yol açır.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət