13.05.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

13.05.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi Seminarda r.e.d. Mütəllim Mütəllimov “Bakı şəhərində avtomobil nəqliyyatı vasitələrinin hərəkəti nəticəsində atmosferə buraxılan zərərli tullantıların qiymətləndirilməsi və onların təmizlənməsi üsullarının işlənməsi” mövzusunda məruzə etdi. 

Məruzədə Avtomobillərin sayının artması böyük şəhərlərdə tıxacların yaranmasına səbəb olur. Tıxac zamanı aşağı sürətlə hərəkət edən avtomobillər atmosferə daha çox zəhərli qazlar buraxır və bu da şəhər ərazilərində hava keyfiyyətinin pisləşməsinə səbəb olur. Məruzədə şəhər mühitində avtomobillərin yaratdığı çirklənməsini paylanmasını qiymətləndirmək, bu çirklənmənin qarşısını almaq və havanın keyfiyyətini yaxşılaşdırmaq məqsədilə binaların fasadlarına filtrləmə sistemlərinin quraşdırılması məsələsi araşdırılır. Bununla yanaşı, sensorlarla təchiz olunmuş hava filtrləmə sistemlərinin optimal paylanması məsələsinə baxılır. Təklif olunan yanaşma, çirklənmiş havanın şəhər ərazisinə yayılmasının qarşısını alaraq onun yerində təmizlənməsini təmin edir.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi. 

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət