13.10.2026-cı il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda t.e.d. Mütəllim Mütəllimov "İdarəediciyə bərabərlik şəklində məhdudiyyət qoyulmaqla kvadrokopterin şaquli hərəkətinin və havada asılmasının idarə olunması" mövzusunda məruzə etdi.  

İşdə kvadrokopterin şaquli hərəkətinin və havada asılmasının idarəedilməsi həyata keçirilir. Bu məqsədlə, bəzi idarəetmə koordinatlarının müəyyən bir zaman intervalı ərzində məlum sabitlər olduğu halda sərhəd şərtli xətti kvadrat optimallaşdırma məsələsini nəzərdən keçirilir. Müvafiq Euler-Laqranj tənliklərinin fundamental matrislərindən istifadə edərək, alınan tənliklər həll edilir. Daha sonra, zaman intervalının hər hissəsi üçün proqram idarəedici və müvafiq trayektoriya qurulur.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət