Seminarda Novruz Mübariz "Şifrələmə sistemlərinin riyazi əməliyyat mühiti" mövzusunda məruzə etdi.
Kriptoqrafik təhlükəsizlik sistemlərində riyazi paradoksial modul tipli müxtəlif texnologiyaların xüsusi tətbiqlərə uyğun kriptoqrafik modulların qurulmasına baxılır. Şifrələmə arxitekturasının riyazi bazasının təsnifatı təqdim edilir.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.