16.09.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi. Seminarda prof. Rəhimov Fəda "Təsadüfi əmsallı avtoreqressiv proseslərlə təsvir olunan Markov təsadüfi dolaşmalar üçün xətti və qeyri-xətti sərhəd məsələlərinin tədqiqi" mövzusunda məruzə etdi.
Məruzədə təsadüfi əmsallı avtoaqressiv proseslərlə təsvir olunan bir sinif Markov təsadüfi dolaşmalar üçün klassik limit teoremlərinin analoqları isbat edilir. Bu limit teoremlərinin köməyi ilə sərhəd məsələləri öyrənilir.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.