16.12.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda Institutun şöbə müdiri t.e.d. Mütəllim Mütəllimovun 70 illik yubileyi qeyd edildi. Akademik Fikrət Əliyev Mütəllim müəllimi  institutun kollektivi adından təbrik etdi, ona uzun ömür və elmi fəaliyyətində uğurlar arzuladı.  

Sonra məruzəçi Surxaylı Əfsanə “PS+Si nanokompozitlərinin termal parçalanma kinetikasının Coats–Redfern metoduna əsasən təhlili” mövzusunda məruzə etdi. 

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət