21.04.2026-cı il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda Rəsulzadə Aynur “Tam informasiyalı kəsr tərtib diskret xətti-kvadratik idarəetmə məsələlərində tənzimləyicilərin qurulma alqoritmləri” mövzusunda dissertasiya işinin müzakirəsinin davamı keçirildi. 

Dissertasiyanın giriş hissəsində mövzunun elmi və praktiki aktuallığı əsaslandırılır, mövcud problemlər və onların həlli zərurəti izah olunur, əvvəlki tədqiqatlar təhlil edilərək mövcud boşluqlar müəyyənləşdirilir. Birinci fəsildə Nyuton mayesində hərəkət edən rəqsvari sistem kəsr tərtibli diferensial tənliklə modelləşdirilir və əsas məqsəd törəmənin tərtibi olan α parametrinin təyin edilməsidir. Bu fəsildə tənlik Riman–Liuvill yanaşması ilə Volterra tipli inteqral tənliyə çevrilir, diskretləşdirilir və ən kiçik kvadratlar üsulu ilə α-nın optimal qiyməti tapılır. İkinci fəsildə maye dempferli sistemlər neftçıxarmaya tətbiq olunur, ştanqlı nasos qurğusu üçün optimallaşdırma məsələsi qoyulur və Eyler-Laqranj tənlikləri vasitəsilə optimal idarəetmə və trayektoriyalar müəyyən edilir. Eyni zamanda, alqoritmlər qurularaq MATLAB proqramı ilə nəticələr vizuallaşdırılır və böyük kütlə halları üçün kiçik parametr üsulu ilə məsələyə baxılır. Üçüncü fəsildə isə sistemlərin stabilizasiya və dayanıqlılıq problemləri, diskret matris rikkati tənliyi əsasında analiz edilir və əldə olunan nəticələrin neft hasilatında tətbiqi ilə sistemlərin daha səmərəli və stabil işləməsi təmin olunur.

Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi. 

Sonda disertant ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.

Saytın xəritəsi
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət