22.04.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi. Seminarda magistrant Əliyeva İradə "Maye dempferli rəqsi sistemlərdə asimptotik üsul vasitəsilə kəsr tərtibin təyini” mövzusunda məruzə etdi.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.