23.09.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi.
Seminarda r.e.d. Nailə Vıliyeva "Xətti-kvadratik optimallaşdırma məsələsinin dayanıqlı rejiminə keçid nöqtəsinin tapilmasi problemləri"
mövzusunda məruzə etdi.
Məruzədə sonsuz zaman intervalında dinamik sistemlərin xətti kvadratik optimallaşdırılması məsələsinin həlli nəzərdən keçirilir. Qapalı sistemin məxsusi ədədləri kompleks və təkrarlanan olduqda, dayanıqli vəziyyətə keşid nöqtəsisin tapmaq üçün bir alqoritm təklif olunur. Nəticələr ədədi nümunələrlə təsvir edilmişdir.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.