Seminarda İnstitutun direktor müavini, f.r.e.n.Hikmət Axundov "Kooperativ oyunlarda mənfəətin bölüşdürülməsinin qeyri-hamar analizin elementlərindən istifadə etməklə araşdırılması" mövzusunda məruzə etdi.
Məruzədə Qeyri-hamar analizin elementlərdən istifadə etməklə qeyri-səlis kooperativ oyun araşdırılır. Oyunun böhran halı üçün zəruri şərtə baxılır. Lipşis şərtini ödəyən oyunların pay bölgüsü və məhdudluğu (fərq) vasitəsilə qiymətləndirilir.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.