Seminarda Sarvan Hüseynov "Oblastın bir hissəsində cırlaşan Makenhaupt çəkili elliptik tənliyin məxsusi funksiyalarının modulunun müntəzəm qiymətləndirilməsi" mövzusunda məruzə etdi.
Məruzədə oblastın bir hissəsində müntəzəm cırlaşan divergent elliptik tənliyi üçün Dirixle məsələsinə baxılır. Fərz olunur ki, çəki funksiyaları Makenhaupt şərtini ödəyir. Lakin ümumi halda Makenhaupt şərtini ödəmir. Qoylmuş Dirixle məsələsinin müəyyən normallıq şərti daxilində məxsusi funksiyalarının modulunun maksimumu qiymətləndirilir.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.