Seminarda Asudə Kərimova "Sahə üzrə qeyri-bircins neft layının işlənməsində suyun təcridinin ədədi modelləşdirilməsi" mövzusunda məruzə etdi.
Məruzədə sahə üzrə qeyri-bircins neft layının işlənməsinin müəyyən mərhələsində məhsulu sulaşmış quyunun suyunun tənzimlənmə səmərəliyini proqnozlaşdıra bilən ikifazalı (su, neft) və üçkomponentli (su, neft, təcridedici komponent) hesablama modeli təklif edilir. Onun bazasında işlənmənin hər hansı bir mərhələsində su axınının təcrid dərəcəsini tənzimləməklə neftin çıxarılmasında əhəmiyyətli dərəcədə artımın təmin edilməsini proqnozlaşdırılır.
Seminarda institutun əməkdaşları və qonaqlar iştirak edirdi.
Sonda məruzəçi ona verilən sualları cavablandırdı. Seminar diskussiya formasında davam etdi.